Haqqımızda
"ProxyTravel" Azərbaycanda turizm sahəsində öncül şirkətlərdən biridir. Nəzərinizə çatdırmaq istərdik ki, "ProxyTravel" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin -002428- saylı lisenziyası əsasında fəaliyyət göstərir. Həmçinin Azərbaycan Hava Yolları qapalı tipli səhmdar cəmiyyətinin -0186- saylı lisenziyasına uyğun olaraq hava daşımalarının bronlaşdırması və satışının həyata keçirilməsi səlahiyyətinə malikdir.
Şirkətimiz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri tərəfindən akkreditasiyasa olunmuşdur. Təcrübəli işçi heyəti, uğurlu strategiyalarımız və sərfəli qiymət siyasətimiz nəticəsində qısa müddət ərzində böyük uğurlar əldə edərək turizm sənayesində bir çox əməkdaşlar qazanmışıq.
Hal hazırda şirkətimiz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir.
- Otellər
- Sanatoriyalar
- Daxili turizm
- Avtomobillərin kirayəsi
- Bütün istiqamətlərdə avia biletlərin bronlaşdırılması və satışı
- Viza dəstəyi
- Dini ziyarətlər
- Konfransların və rəsmi tədbirlərin təşkil olunması
- Tərcümə xidmətləri
Qonaqların hava limanında qarşılanması, həmçinin onlara ölkə daxilində bələdçilik xidmətləri şirkətimiz tərəfindən yüksək səviyyədə və təcrübəli əməkdaşlar tərəfindən həyata keçirilir.
Sifariş 24 saat müddətində mümkündür.
Biz, sizləri işgüzar cəmiyyətdə tanınan bir təşkilat kimi öz partnyorlarımız sırasında görməkdən məmnun olardıq. Bu məqsədlə hər zaman xidmətinizdə olan əməkdaşlarımız sizlərin yolunu gözləyirlər.
Gələcək əməkdaşlıq arzusu ilə
Şirkətin prezidenti
Emin Mahmudov